Dilçilik İnstitutunun bir qrup əməkdaşı Füzuli rayonuna ezam olunub

Dilçilik İnstitutunun bir qrup əməkdaşı Füzuli rayonuna ezam olunub
# 20 iyun 2016 12:35 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. AMEA İ.Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin bir qrup əməkdaşı Füzuli rayonuna ezam olunub. İnstitutdan APA-ya verilən məlumata görə, ekspedisiya üzvləri - filologiya üzrə fəlsəfə doktorları Kifayət İmamquliyeva, Kubra Quliyeva, Qüdsiyyə Qəmbərova, Güntəkin Binnətova, elmi işçi Səkinə Şərifova və Natavan Ağayeva rayon ictimaiyyəti ilə görüşüb, yaşayış məntəqələrindən lazımi dialektoloji materialı əldə ediblər.

Dialektoloqlar həmçinin Füzuli rayon tarix-etnoqrafiya muzeyində olaraq bir çox tarixi yerləri gəzib, rayonun müasir görünüşünü, abadlaşdırılmış yolları, kəndləri, yeni salınmış məcburi köçkün qəsəbələrini əks etdirən foto-şəkillər çəkib, dialektoloji və etnoqrafik materialla geri qayıdıblar.

Ekspedisiya zamanı dialektoloqlar Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini tərk etmədən 23 il oğlu Oqtay Həziyevlə birgə yaşayan 80 yaşlı Minara Haqverdiyeva ilə də görüşüb, Lələtəpədə əsgərlərə baş çəkiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR