ÜST: Syerra-Leonedə Ebola epidemiyası başa çatıb

ÜST: Syerra-Leonedə Ebola epidemiyası başa çatıb
# 07 noyabr 2015 20:47 (UTC +04:00)

Bakı-APA. Syerra-Leonedə Ebola epidemiyası başa çatıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Məlumata əsasən, son 42 gün ərzində ölümcül virusa yoluxma halları qeydə alınmayıb. Bu müddət xəstəliyin maksimal inkubasiya dövründən iki dəfə artıqdır.

Xatırladaq ki, sentyabrın 3-də Ümumdünya Səhiyyə Təşkilatı Liberiyada xəstəliyə son qoyulduğunu bəyan etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR