“Bank VTB (Azərbaycan)” “Fiksi-şou” tamaşasının sponsoru olacaq

“Bank VTB (Azərbaycan)” “Fiksi-şou” tamaşasının sponsoru olacaq
# 23 oktyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə- APA-Economics. “Bank VTB (Azərbaycan)” Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə əməkdaşlığa davam edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, bu dəfə bankın dəstəyi ilə Yeni il ərəfəsində teatrın səhnəsində uşaqlara “Fiksi-şou” tamaşası nümayiş olunacaq.

“Fiksi-şou”-da uşaqlar nəinki tamaşaçı, eləcə də iştirakçıya çevriləcək. “Bu ilin əvvəlindən bizim bank “Rus Dram Teatrı” ilə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində biz bir sıra teatr layihələrini dəstəkləyirik ki, bu da Azərbaycan əhalisinə Rusiyanın aparıcı teatr kollektivləri və tamaşaları ilə tanış olmağa imkan verir. Belə tamaşalardan birinə gənc tamaşaçılar Yeni il ərəfəsində baxa biləcək”, - deyə bank “VTB (Azərbaycan)”ın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR