TQDK növbəti SAT imtahanı keçirib

TQDK növbəti SAT imtahanı keçirib
# 05 dekabr 2015 12:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dekabrın 5-də növbəti SAT imtahanı keçirib. APA-nın məlumatına görə, imtahan TQDK-nın inzibati binasında başlayıb və 3 saat 45 dəqiqə ərzində davam edib.

İmtahanın nəticələri dekabrın 23-də imtahanda iştirak edənlərin “College Board” internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR