Qəbələdə Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konserti olub

Qəbələdə Avstriyanın “Vayner Akademiya” Kamera  Orkestrinin konserti olub
# 31 iyul 2016 19:17 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. İyulun 31-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Avstriyanın “Vayner Akademiya” Kamera Orkestrinin konserti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan konsert böyük tamaşaçı marağına səbəb olub.

Konsertdə məlumat verilib ki, orkestr 1985-ci ildə Martin Heselbökun rəhbərliyi ilə yaradılıb. Orkestrin repertuarı çox geniş və rəngarəngdir. “Vayner Akademiya” Kamera Orkestri Jun-Tokusen və Due Disque Beynəlxalq Qran-Pri mükafatlarını qazanıb.

“Avstriyanın elm və incəsənətinə xidmətə görə Şöhrət Xaçı”, Praqada V.A.Motsart, Macarıstanda F.List mükafatlarına layiq görülmüş dünya şöhrətli dirijor Martin Heselbökun rəhbərlik etdiyi konsertdə Avstriya və İtaliya bəstəkarlarının əsərləri səsləndirilib. Yerli və xarici tamaşaçılar qarşısında Avstriyanın tanınmş musiqiçiləri-Markus Hoffman (violin), Anna-Mariya Smerd (violin), Volfram Fortin (viola), Martin Hasselbuk (orqan), Pavel Serbin (cello), Valter Bakunig (basso), Maykl Oman (blokfleyta) Avropa bəstəkarlarının klassik əsərlərini gözəl ifa etməklə onlara unudulmaz anlar yaşadıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR