Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
# 08 aprel 2016 10:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan London Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, aprelin 12-dən 14-dək keçiriləcək sərgidə 60-dan çox ölkədən 1000-dən çox təşkilat qatılacaq.

Tədbirdə Azərbaycanı Mədəniyyət və Turizm Nazirliyinin və yerli nəşriyyatların əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edəcək.

Kitab sərgisində iştirak etməkdə məqsəd turizm imkanlarının, Qarabağla bağlı həqiqətlərin, nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, nəşriyyat sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması, təcrübə mübadiləsi və əməkdaşlığın yaradılmasıdır.

Qeyd edək ki, Azərbaycan 2009-cu ildən London Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR