İtaliyada baş verən zəlzələdə ölənlərin sayı artır

İtaliyada baş verən zəlzələdə ölənlərin sayı artır
# 26 avqust 2016 08:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İtaliyanın mərkəzində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloana Postilione açıqlama verib.

Onun sözlərinə görə, Marke, Abrutso və Latsio vilayətlərindəki xəstəxanalarda 378 nəfər müalicə alır. Ölənlərin sayı artır, xilasedicilər dağıntılar altında qalmış meyitləri çıxarmağa davam edirlər.

Qeyd edək ki, avqustun 24-ü gecəsi İtaliyanın mərkəzində 6 baş gücündə zəlzələ baş verib. Xüsusilə Latsio, Umbrii və Marke vilayətlərinə dağıntılar qeydə alınıb. Zəlzələdən ən çox xəsarət alan Amatriçe şəhəri olub. Şəhərin yarısı dağılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR