Birinci rübdə Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 21,6 mln. kubmetr qaz ötürülüb

Birinci rübdə Cənubi Qafqaz Boru Kəməri ilə gündəlik 21,6 mln. kubmetr qaz ötürülüb
# 24 may 2016 12:56 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin birinci rübü ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülüyü 21,6 mln. kubmetr qaz olub.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin birinci rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 6 mln. dollar əməliyyat xərcləri və 236 mln. dollar əsaslı xərclər sərf edilib.

Bu boru kəməri 2006-cı ilin sonlarında istismara verilib, Azərbaycan, Gürcüstan və Türkiyəyə Şahdəniz qazını çatdırır. CQBK-nın iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə CQBK-nın biznes icrası üzrə məsul kommersiya operatorudur.

Qeyd edək ki, “Cənubi Qafqaz Boru Kəməri” şirkətinin sərmayədarları bunlardır: BP (28,8%), AzCQBK (10%), “Cənub Qaz Dəhlizi Midstrim” (6,7%), “Petronas” (15,5%), “Lukoil” (10%), NİKO (10%) və TPAO (19%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR