Bakıda 76 yaşlı kişi “Kamaz”ın altında qalaraq ölüb

Bakıda 76 yaşlı kişi “Kamaz”ın altında qalaraq ölüb
# 21 oktyabr 2015 08:24 (UTC +04:00)

Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 20-də Binəqədi qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Babək İsmayılov idarə etdiyi "Kamaz" markalı avtomobili arxaya verərkən 1939-cu il təvəllüdlü Ş. Ələsgərovu vurub. Nəticədə Ş. Ələsgərov hadisə yerində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR