“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir

“Azərbaycan Dəmir Yolları” gücləndirilmiş iş rejiminə keçir
# 15 dekabr 2015 11:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi yeni 2016-cı il ərəfəsində gücləndirilmiş iş rejimində çalışacaq.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür.

Bayram günlərində sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən də 20 ədəd əlavə vaqonun qoşulması təmin ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC bir daha sərnişinlərin nəzərinə çatdırır ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR