“Moody’s” “Unibank”ın reytinqini aşağı salıb

“Moody’s” “Unibank”ın reytinqini aşağı salıb
# 22 yanvar 2016 09:38 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - “Moody’s” reytinq agentliyi “Unibank”ın İlkin Kredit Qiymətləndirilməsi reytinqini “b3”-dən “b2”-yə, uzunmüddətli depozit reytinqi isə “B2”-dən “B3”-ə endirib. Reytinq üzrə proqnozu isə “neqativ” kimi qiymətləndirib.

APA-Economics”in verdiyi xəbərə görə, bu barədə agentliyin hesabatında qeyd olunub.

“2015-ci dekabrın 1-nə “Unibank”ın kreditlərinin 44%-ni xarici valyutada olan kreditlər təşkil edir ki, bu da bankı aktivlərinin keyfiyyətinin pisləşməsinə məruz qoyur. Çünki kredit ödəyicilərinin əksəriyyətinin gəlirləri manatladır və onlar kreditlərini ödəməkdə çətinlik çəkəcəklər. Bundan başqa, bankın problemli kreditlərinin həcminin artacağı da istisna deyil”, - deyə hesabatda qeyd olunub.

Agentliyin ekspertləri əlavə edir ki, xarici valyutada olan aktivlərin yenidən qiymətləndirilməsi, xarici valyuta kreditləri üzrə mümkün itkilər üzrə yaradılan ehtiyatlar və açıq qısa valyuta mövqeyi nəticəsində manatın dəyərdən düşməsi “Unibank”ın kapital dayanıqlılığına mənfi təsir göstərib. Bankın gəlirliliyi və kapital dayanıqlılığı artmaqda olan ehtiyat yükü ilə aktivlərin keyfiyyətinin pisləşməsi nəticəsində daha da təzyiqə məruz qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR