Karter: ABŞ-ın Quantanamodakı bazanı Kubaya qaytarmaq niyyəti yoxdur

Karter: ABŞ-ın Quantanamodakı bazanı Kubaya qaytarmaq niyyəti yoxdur
# 01 mart 2016 02:46 (UTC +04:00)

Bakı-APA. ABŞ Quantanamodakı həbsxana bağlansa belə, oradakı bazanı Kubaya qaytarmaq niyyəti yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Eşton Larter bildirib.

“Xeyr, qaytarılmayacaq. Həbsxana bazadan ayrı yerləşir. Baza regionda strateji əhəmiyyətə malikdir”, - deyə Karter brifinqdə jurnalistlərə bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama ilin sonunadək Quantanamodakı həbsxananın bağlanmasına nail olmağa çalışdığını bildirib.

Fevralın 23-də Pentaqon ABŞ Konqresinə Quantanamo həbsxananın bağlanılmasına dair planı təqdim edib.

Planda məhbusların bir hissəsinin üçüncü ölkələrə, qalan hissəsinin isə ABŞ ərazisinə köçürülməsi nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ Konqresi Quantanamo həbsxananda saxlanılan məhbusların ABŞ ərazisinə köçürülməsinə qadağa qoyub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR