Bakıda “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı olub

Bakıda “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı olub
# 22 aprel 2016 19:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilmiş “Siyasətdən kənar” adlı müasir incəsənət sərgisinin açılışı olub.

APA-nın məlumatına görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycana etimadının göstəricisidir.

Tədbirin əhəmiyyətindən danışan nazir bildirib ki, sərgidə 80 rəssam və heykəltəraşın 150-dək əsəri nümayiş olunur. Sərgisi forumun mədəni proqramını açıq elan edir və bu proqrama aprelin 27-də Heydər Əliyev Sarayında təşkil olunacaq müxtəlif sivilizasiyalara həsr olunmuş konsert proqramı ilə yekun vurulacaq.

Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir qeyd edib ki, incəsənət sülhün və anlaşmanın çiçəklənməsi üçün vasitədir: "Biz təhsil vasitəsilə bir sıra proqramları inkişaf etdirməyə ehtiyac duyuruq. Mədəniyyət, incəsənət, əyləncə, musiqi və idman qoruyucu diplomatik vasitələrdir. İnanıram ki, nümayiş olunacaq gözəl sənət nümunələri Azərbaycan milli incəsənətinin təbliğinə yeni töhfələr verəcək".

Tədbirdə xalq rəssamları Fərhad Xəlilov və Ömər Eldarov çıxış edərək forum çərçivəsində təşkil olunan Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərginin böyük əhəmiyyət daşıdığını söyləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR