“ASAN peşə” layihəsi üzrə 1070 nəfər qeydiyyatdan keçib

“ASAN peşə” layihəsi üzrə 1070 nəfər qeydiyyatdan keçib
# 16 avqust 2016 10:31 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. 2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu ilə bağlı “ASAN peşə” layihəsi çərçivəsində 1070 nəfər qeydiyyatdan keçib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Təhsil Nazirliyi ilə “ASAN xidmət” arasındakı əməkdaşlıq çərçivəsində hazırlanmış “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılır.

İlk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən etibarən Bakı və Gəncədə fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində aparılır və qeydiyyat avqustun 26-da başa çatacaq.

Dövlət vəsaiti hesabına 2016-2017-ci tədris ili üzrə Bakı şəhərindəki 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3580, Gəncə şəhərindəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 600 şagird qəbulu nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR