Azərbaycan gömrükçüləri 70 ədəd telefonu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb

Azərbaycan gömrükçüləri 70 ədəd telefonu qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısını alıb
# 06 aprel 2016 08:24 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 70 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Moskva-Bakı sərnişin qatarının 3 saylı vaqonunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl çantalarına Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda gömrük baxışı keçirilib.

Baxış zamanı 3 ədəd əl çantasının alt hissəsindəki xüsusi düzəldilmiş saxlanc yerindən 70 ədəd “Samsung Galaxy Ace 4 Neo” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR