Dünya Bankı Azərbaycanda yol tikintisinə 140 milyon dollar ayırıb

Dünya Bankı Azərbaycanda yol tikintisinə 140 milyon dollar ayırıb
# 29 mart 2016 01:43 (UTC +04:00)

Bakı-APA. Dünya Bankı Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi məqsədi ilə Azərbaycana 140 milyon dollar həcmində maliyyə vəsaiti ayırıb.

APA-nın məlumatına görə, bu barədə Dünya Bankının mətbuat xidməti xəbər verib.

Məlum olduğu kimi, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun dörd zolağadək genişləndirilməsi üçün bankdan əlavə maliyyə vəsaiti almaq üçün müraciət etmişdi.

Mətbuat xidmətinin məlumatındа həmçinin bildirilir ki, Dünya Bankı eyni zamanda Belarusa büdcə vəsaitlərinin idarəetməsi sisteminin təkmilləşdirilməsi üçün 10 milyon ABŞ dolları ayırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR