İŞİD Dağıstanda avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb

İŞİD Dağıstanda avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb
# 30 mart 2016 11:59 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. İŞİD Dağıstanın Mahaçqala şəhəri yaxınlığında Rusiya Daxili İşlər Nazirliyinin avtomobil karvanının partladılmasına görə məsuliyyəti üzərinə götürüb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə "Röyters" terrorçulara yaxın "Amaq" agentliyinə istinadən məlumat yayıb.

Radikallar partlayışın onların yerli təşkilatı tərəfindən törədildiyini təsdiqləyiblər.


Qeyd edək ki, dünən axşam Rusiya DİN-in avtomobil karvanı naməlum şəxslər tərəfindən partladılıb. Avtomobillərdə Krasnoyarsk şəhərinin polis əməkdaşları olub. Əldəqayırma partlayıcının işə düşməsi nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR