"Vışeqrad dördlüyü" və Şərq Tərəfdaşlığı ölkələri proqramın davam etməsi prinsipinə sadiq qaldığını ifadə edib

"Vışeqrad dördlüyü" və Şərq Tərəfdaşlığı ölkələri proqramın davam etməsi prinsipinə sadiq qaldığını ifadə edib
# 04 may 2016 15:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Biz Şərqi Avropa regionunda münaqişələrin sülh yolu ilə həllinin tapılmasının vacibliyini qeyd etdik”.

APA-nın məlumatına görə, bunu Çexiya xarici işlər naziri Lübomir Zaoralek “Vışeqrad dördlüyü” və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin Praqada keçirilən görüşünün yekunlarına dair açıqlamasında deyib.

O, Avropa İttifaqı institutlarına və Aİ-yə sədrlik edəcək ölkəyə 2017-ci ildə Şərq Tərəfdaşlığı sammitinə hazırlıqla bağlı uğurlar arzulayıb: “Hər birimiz Şərq Tərəfdaşlığı proqramının vacibliyini bir daha qeyd etdik və davam etmək üçün tam qətiyyətimizi ifadə etdik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR