Baku Chess-2016: Şahmat Olimpiadasında III turun oyunları keçirilib

<span style="color: red;">Baku Chess-2016:  Şahmat Olimpiadasında III turun oyunları keçirilib
# 04 sentyabr 2016 19:28 (UTC +04:00)

Bakı-APA. Bu gün 42-ci Ümumdünya Şahmat Olimpiadasında III turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, qadın və kişilərdən ibarət əsas millilərimiz uyğun olaraq Polşa və Macarıstanla qarşılaşıblar. Hər iki millimiz qələbəyə sevinib - 3:1 və 2.5:1.5.

Kişilərdən ibarət ikinci yığmamız Hindistana uduzub, üçüncü millimiz isə Livanı məğlub edib.

İkinci qadın millimiz isə Almaniya ilə heç-heçə oynayıb. Qadınlardan ibarət üçüncü komandamız isə Qırğızıstanı xalsız qoyub.

Olimpiada – 2016

III tur

Kişilər

Azərbaycan-1 (2706) – Macarıstan (2655) - 3:1

Azərbaycan-2 (2576) – Hindistan (2651) - 1:3

Azərbaycan-3 (2350) – Livan (2176) - 4:0

İki turdan sonra turnir cədvəli: 1.Rusiya, 2. Azərbaycan-1, 3.Polşa – 4 xal,... 20.Azərbaycan-2 - 4 xal,... 74.Azərbaycan-3 – 2 xal.

Qadınlar

Polşa (2360) – Azərbaycan-1 (2320) - 1.5:2.5

Azərbaycan-2 (2248) – Almaniya (2371) - 2:2

Qırğızıstan (1858) – Azərbaycan-3 - 0:4

İki turdan sonra turnir cədvəli: 1.Çin, 2.Rusiya, 3.Litva- 4 xal,... 19.Azərbaycan-1 - 4 xal,... 28. Azərbaycan 2 - 4 xal,... 41. Azərbaycan -3 - 2 xal...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR