Dələduzluqda təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər

Dələduzluqda təqsirləndirilən şəxslər barələrində olan hökmdən apellyasiya şikayəti veriblər
# 07 may 2016 15:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Dələduzluqda təqsirləndirilən Nicat İsmayılov, Samir İsayev və Səbuhi Əliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayacaq.

APA-nın məlumatına görə, onların şikayəti üzrə məhkəmənin ilkin baxış iclası mayın 10-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. İsmayılov və S. İsayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan S. Əliyev isə məhkəmə zalında həbs edilib. O, 7 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

Hər üç şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR