Şabranda beşotaqlı ev yanıb

Şabranda beşotaqlı ev yanıb
# 22 avqust 2016 07:01 (UTC +04:00)

Bakı-APA. Bu gün Şabran rayonu, Gəndov kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları 98 m2 sahədə yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR