Meksikada torpaq sürüşməsi nəticəsində 38 nəfər ölüb

Meksikada torpaq sürüşməsi nəticəsində 38 nəfər ölüb
# 08 avqust 2016 01:39 (UTC +04:00)

Bakı-APA. Meksikanın şərqində “Erl” tropik qasırğasının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 38 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Puebla ştatında 15-i uşaq olmaqla 28 nəfər təbii fəlakətin qurbanı olub.

Verakrus ştatında 10 nəfərin öldüyü bildirilir.

Meksikanın dörd ştatında on minlərlə insan elektrik enerjisiz qalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR