Azərbaycanın sığorta bazarının 63%-i könüllü formalaşıb

Azərbaycanın sığorta bazarının 63%-i könüllü formalaşıb
# 25 yanvar 2016 13:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda toplanmış sığorta haqlarının 63,4%-i və ya 281 mln. manatı könüllü sığorta növlərinin payına düşüb.

"APA-Economics"in xəbərinə görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Orxan Bayramov deyib ki, bu, əvvəlki illə müqayisədə 1,3% azdır.

İcbarı sığorta növlərində yığım isə 161,9 mln. manat və ya bazarın 36,6%-ni təşkil edib. 2014-cü ilə nisbətən icbari sığorta bazarı 12,1% böyüyüb.

İl ərzində ümumi ödənişin 75,4%-i və ya 135,8 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş əvvəlki illə müqayisədə 18,4% artıb.

İcbari sığorta növləri üzrə ödəniş isə 44,4 mln. manat və ya ümumi bazarın 24,6%-ni təşkil edib. Bu, əvvəlki ilə nisbətən 4,8% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 48,3 manatı ödəniş edilib. 2014-cü ildə bu rəqəm 40,3 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 29,4 manatdan 27,4 manata düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR