FHN yağışların Bakıda törətdiyi fəsadlarla bağlı yeni məlumat yayıb

FHN yağışların Bakıda törətdiyi fəsadlarla bağlı yeni məlumat yayıb
# 30 sentyabr 2016 11:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) yağışların Bakıda törətdiyi fəsadlarla bağlı yeni məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinə və həyətyanı sahələrinə yağış suyu dolub və sakinlərin evdən çıxmasına çətinliklər yaranıb. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfər vətəndaşa müvafiq köməklik göstəriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR