İstanbulda demokratiya və şəhidlər mitinqi başlayıb - FOTOSESSİYA

İstanbulda demokratiya və şəhidlər mitinqi başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 07 avqust 2016 17:20 (UTC +04:00)

Bakı-APA. İstanbuldakı Yeniqapı meydanında milyonlarla insanın qatıldığı demokratiya və şəhidlər mitinqi başlayıb.

APA-nın məlumatına görə, demokratiya və şəhidlər mitinqi Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb.

Mitinq iştirakçılarının sayının 3,5 milyon nəfərə çatdığı ehtimal edilir. Meydanda Türkiyə bayrağı ilə bərabər Azərbaycan bayrağı da dalğalandırılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı mitinq meydanına gəliblər. Bu, iştirakçılarının sayına görə Türkiyə tarixində ən böyük mitinqdir. Mitinqdə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin xatirəsi anılacaq, İstiqlal Marşı oxunacaq. Sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı çıxış edəcək, həmrəylik mesajları veriləcək.

Qeyd edək ki, bu gün, İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR