İran səfiri: "ABŞ İran-Pakistan-Hindistan qaz borusunun tikintisinə mane olur"

İran səfiri: "ABŞ İran-Pakistan-Hindistan qaz borusunun tikintisinə mane olur"
# 21 aprel 2016 22:29 (UTC +04:00)

Bakı-APA. “Regionda mayeləşdirilmiş təbii qaz (MTQ) layihələrinə iri sərmayələrin yatırılması səbəbindən ABŞ İran-Pakistan-Hindistan qaz borusu layihəsini reallaşdırmağa imkan verməyəcək”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu İranın Hindistandakı səfiri Qulamrza Ansari deyib.

“İran-Pakistan-Hindistan qaz borusu məsələsinə gəlincə, düşünürəm ki, biz bu layihəni unutmalıyıq. Amerikalılar mayeləşdirilmiş təbii qaz layihələrinə çoxlu sərmayə yatırıblar, onların gələcəkdə Hindistan bazarı ilə böyük planları var və istənilən qaz borusu bu sərmayələrə son qoyacaq. Buna görə də mən bu qaz borusunun ciddi bir layihə olduğunu düşünmürəm. Amerikalılar onun reallaşdırılmasına imkan verməyəcəklər, necə ki, dəfələrlə bunu ediblər”, - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR