Bakıda bir qrup gənc cəbhə xəttində baş verənlərlə bağlı aksiya keçirib

Bakıda bir qrup gənc cəbhə xəttində baş verənlərlə bağlı aksiya keçirib
# 06 aprel 2016 14:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bu gün Bakıda bir qrup gənc son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı aksiya keçirib.

APA-nın xəbərinə görə, Şəhidlər xiyabanına toplaşan minlərlə gənc metronun “Elmlər Akademiyası” stansiyasına doğru yürüş edib.

Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Ən güclü bizim əsgər”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar səsləndirib, üzərinə şüarlar yazılan plakatlar qaldırıblar.

Üzərində Azərbaycan bayraqları olan maşınlar da yürüşdə iştirak ediblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR