İŞİD-in "paytaxtı" sayılan Rakka şəhərinin azad edilməsi üçün əməliyyata başlanılıb

İŞİD-in "paytaxtı" sayılan Rakka şəhərinin azad edilməsi üçün əməliyyata başlanılıb
# 24 may 2016 15:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Suriyada İŞİD terror təşkilatının "paytaxtı" hesab olunan Rakka şəhərinin terrorçulardan azad edilməsi üçün bu gün günorta saatlarında hərbi əməliyyatlara başlanılıb.

APA-nın “Milliyet” qəzetinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyatlar PKK terror təşkilatının Suriyadakı qolu YPG, “Əhrar Rakka” və “Liva Təhrir” briqadaları tərəfindən aparılır.

Koalisiya qüvvələrinin hərbi əməliyyatlara havadan dəstək verəcəyi bildirilib.

Hücuma Kobani şəhərinin cənubundan başlanılıb. İlk hədəf kimi Rakka şəhərinin şimaldan mühasirəyə alınması planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR