Azərbaycan prezidenti Qəbələdə yol tikintisinə 5,2 milyon manat ayırıb

Azərbaycan prezidenti Qəbələdə yol tikintisinə 5,2 milyon manat ayırıb
# 24 iyun 2016 16:57 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Qəbələ rayonunun Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, 7 min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Nohurqışlaq-Tüntül-Yengicə avtomobil yolunun tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR