Bakı. Şəhriyar Əlizadə - APA. Bərdədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də saat 17.00 radələrində Bərdə rayonunun Göyüşlü kəndində rayon sakini Mobil Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə sərnişin, sürücünü arvadı İlhamə hadisə yerində ölüb, özü və digər sərnişini qızı - Şahnaz xəstəxanaya yerləşdirilib.
Bərdə rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.