Metroda qadının pulunu və sənədlərini oğurlayan şəxs saxlanılıb

Metroda qadının pulunu və sənədlərini oğurlayan şəxs saxlanılıb
# 24 fevral 2016 07:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda metroda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Metropolitendə Polis Şöbəsi Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 22-də metronun «Sahil» stansiyasında Bakı şəhər sakini Flora İsgəndərovanın içərisində pul, şəxsiyyət vəsiqəsi və metro kartı olan pul qabını oğurlamaqda şübhəli bilinən Füzuli rayon sakini, 1988-ci il təvəllüdlü Rəşad Hüseynov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR