Binəqədidə “Balacalarımızla ana dilimizi sevək” adlı tədbir keçirilib

Binəqədidə “Balacalarımızla ana dilimizi sevək”  adlı tədbir keçirilib
# 01 avqust 2016 16:54 (UTC +04:00)

Bakı-APA. Bu gün Binəqədi rayon İcra Hakimiyyətinin və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Binəqədi rayonu Mərkəzləşdirilmiş Kitabxana Sistemində tədbir keçirilib.

Binəqədi İH-dən APA-ya verilən məlumata görə, İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Xuraman Ələkbərova, 298 saylı körpələr-evi uşaq bağçasının müdiri İradə Əhmədova və bağçanın uşaqları iştirak ediblər.

Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdir müavini Xuraman Ələkbərova kitabxana haqqında geniş məlumat verib.

Daha sonra Binəqədi İH Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova Binəqədi rayonunda 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə keçirilən “Balacalarımızla ana dilimizi sevək” adlı tədbir haqqında məlumat verib və 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili gününün yaranma tarixi haqqında çıxış edib.

Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev uşaqlara hələ erkən yaşından kitab sevgisinin aşılanmasında bu cür layihələrin rolunun danılmaz olduğunu diqqətə çatdırıb.

Sonra kitabxana ilə tanış olan 298 saylı körpələr evi – uşaq bağçasının uşaqları xüsusilə uşaqlar aləmi, multikulturalizm və ana dili guşələri ilə yaxından tanış olublar.

Ana dili ilə bağlı şeirlər söyləyən uşaqlar Dövlət himnini ifa ediblər. Müxtəlif nağıl personajlarını nümayiş etdirən balacalar üzərində Əlifba və Ana dili sözlərini yazmış yazılarla maraqlı flaşmob da nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR