“Əl-Qaidə” Yəməndəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

“Əl-Qaidə” Yəməndəki partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb
# 19 iyul 2016 01:48 (UTC +04:00)

Bakı-APA. “Əl-Qaidə” terror qruplaşmasının Yəməndəki qolu Əl-Mukalla şəhərində baş vermiş partlayışlara görə məsuliyyəti öz üzərinə götürüb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, iyulun 18-də Əl-Mukalla şəhərində nəzarət-keçid məntəqəsi yaxınlığında iki minalanmış avtomobil partladılıb.

Terrorçu-kamikadzelər tərəfindən törədilən partlayışlar nəticəsində 10 nəfər ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR