Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonunda pilot layihə kimi tətbiqi nəzərdə tutulur

Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonunda pilot layihə kimi tətbiqi nəzərdə tutulur
# 19 may 2016 11:32 (UTC +04:00)


Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycanda icbari tibbi sığortanın bu ilin sonu, 2017-ci ilin əvvəllərində pilot layihə olaraq tətbiq olunması planlaşdırılır. Düşünürəm ki, pilot layihə uzun müddət ərzində həyata keçirilə bilməz. Pilot layihə 6-9 ay ərzində həyata keçiriləcək. Məhz pilot layihənin nəticələrinə uyğun olaraq icbari tibbi sığortanın daha geniş şəkildə tətbiq olunması nəzərdə tutulub”.

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

O qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycan modeli bu yaxınlarda ölkə rəhbərliyinə təqdim olunacaq: “Bununla bağlı sərəncam imzalanmalı, pilot layihənin tətbiqi ediləcəyi rayonlar müəyyən olunmalıdır. 2018-ci ildən etibarən Azərbaycanda icbari tibbi sığortanın daha geniş şəkildə tətbiqi planlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR