Bakıda məktəbli məktəblini bıçaqlayıb

Bakıda məktəbli məktəblini bıçaqlayıb
# 15 mart 2016 00:01 (UTC +04:00)

Bakı. Mahir Məmmədli – APA. Bakının Sabunçu rayonunda məktəbli məktəbliyə bıçaqla xəsarət yetirib. APA-nın məlumatına görə, 11-ci sinif şagirdi Ziliyev Sarvan Əlqan oğlu Ramana qəsəbəsində bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

Hadisə barədə Sabunçu Rayon Polis İdarısinin 12-ci Polis Bölməsinə məlumat verilib. Yaralının qohumları Sarvanın qonşusu tərəfindən bıçaqlandığını bildiriblər. Məlumata görə, hadisəni törədən də məktəblidir.

Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR