Azərbaycan prezidenti laoslu həmkarını təbrik edib

Azərbaycan prezidenti laoslu həmkarını təbrik edib
# 25 aprel 2016 15:25 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Bounyanq Volaçiti Laos Xalq Demokratik Respublikasının prezidenti seçilməsi münasibət ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab Prezident, Laos Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR