“AGBank” nizamnamə kapitalını mərhələli şəkildə 10 milyon manat artıracaq

“AGBank” nizamnamə kapitalını mərhələli şəkildə 10 milyon manat artıracaq
# 21 oktyabr 2015 14:23 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Cari ilin əvvəlindən 1 oktyabr tarixinədək “AGBank” ASC-nin aktivləri 10% artaraq 558 480 000 manat olub.

Bu barədə “APA-Economics”ə bankdan məlumat verilib. Hesabat dövründə bankın kredit portfeli 5% artaraq 401 310 000 manat təşkil edib. Depozit hesablarının sayı isə 4000-i ötüb.

Qeyd edək ki, “AGBank”ın səhmdarlarının bu ilin sentyabrın 18-də təşkil olunan ümumi yığıncağında bankın nizamnamə kapitalının mərhələli şəkildə 10 mln. manat manat artırılması qərara alınıb.

Xatırladaq ki, AGBank ASC-nin səhmdarları sırasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment” LTD Amerika Sərmayə Fondu, 8 Dövlət müəssisəsi, 12 kommersiya təşkilatı, 43 fiziki şəxs, ümumilikdə 65 səhmdar mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR