Azərbaycan prezidenti: “Gənclərimiz apreldə erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar”

Azərbaycan prezidenti: “Gənclərimiz apreldə erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar”
# 15 sentyabr 2016 12:24 (UTC +04:00)

Bakı – APA. “Bizim gənclərimiz müstəqilliyimizi qoruyurlar. Bizim gənclərimiz bu ilin aprel ayında erməni işğalçıları üzərində parlaq hərbi qələbə qazanıblar. Şəhidlər vermişik. Ancaq bizim gənclərimiz bu ilin aprelində Azərbaycanın dövlət bayrağını Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsində qaldırıblar”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakının Sabunçu rayonundakı 311 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində çıxışı zamanı bəyan edib.

Dövlət başçısı qeyd edib ki, bu böyük parlaq qələbəni gənc əsgər və zabitlərimiz qazanıblar, bütün xalq, ordumuz qazanıb: “Amma əsas özünü qabağa verən, şəhidlik zirvəsinə ucalan bizim gənclərimizdir. Bizim gənclərimiz bayrağımızı Rio Olimpiya Oyunlarında qaldırıblar. Biz medalların sayına görə dünya miqyasında 14-cü yerdəyik. Bu, tarixi qələbədir. Müsəlman aləmində birinciyik. Yenə də bunu gənclər edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR