Nazir yeni yaradılan regional maliyyələşmə idarələrinin məqsəd və vəzifələrini açıqlayıb

Nazir yeni yaradılan regional maliyyələşmə idarələrinin məqsəd və vəzifələrini açıqlayıb
# 05 may 2016 12:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Azərbaycanda yüksək nəticə göstərən və daha yüksək biliklərə malik olan müəllimlər daha yüksək əməkhaqqı almalıdır".

APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bu məqsədlə müəllimlərin əmək haqqında differensiallaşdırma tətbiq ediləcək. Bu istiqamətdə konsepsiyanın hələ hazırlandığını deyən nazirin sözlərinə görə, bununla bağlı meyarlar ekspertlərin təklifləri aidiyyəti dövlət orqanları ilə birlikdə qiymətləndiriləndən sonra müəyyələşəcək. Təhsil naziri yeni yaradılan Regional Maliyyələşmə İdarələri Regional Təhsil İdarələrinin yaradılmasına keçidə təkan ola bilməsi barədə məsələyə də münasibət bildirib: "Regional maliyyələşmə idarələri 2016-cı ilin dövlət büdcəsi haqqında qanunun tətbiqinə dair onların üzərinə qoyulan vəzifələri həyata keçirir. Bütün bu işlərin əsas məqsədi ondan ibarətdir ki, ümumi təhsil sistemimizin maddi təminatı-təchizatı, cari təmiri mümkün qədər optimallaşdırılmış formada həyata keçirilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR