Əbülfəs Qarayev Ucarda vətəndaşların qəbulunu keçirib

Əbülfəs Qarayev Ucarda vətəndaşların qəbulunu keçirib
# 11 aprel 2016 12:42 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda Ucar, Göyçay, Ağdaş, Kürdəmir və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edib. Nazirliyin məsul işçilərinin iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.

Vətəndaşlar Qarabağ döyüşlərində şəhid olmuş əsgər və zabitlər haqqında təbliğat işlərinin daha geniş aparılmasını, rayon mədəniyyət işçilərinin cəbhə bölgəsində yerləşən hərbi hissələrdə konsert proqramlarının təşkil olunmasını xahiş ediblər.


Qəbula gələn bütün vətəndaşları diqqətlə dinləyən nazir ayrı-ayrı müraciətlərlə bağlı müvafiq göstərişlər verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR