Məmuru qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı məhkəmədə son söz deyəcək

Məmuru qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı məhkəmədə son söz deyəcək
# 31 avqust 2016 15:11 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxış ediblər. Vəkil Abuzər Mütəllibov X. İsgəndərovanın qohumlarının onun vərəsəlik hüququndan məhrum edilməsini istədiklərini deyib. O, hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu qeyd edib: "Cinayətlə bağlı hər hansı sübut varsa, ortaya qoysunlar. Mən məhkəmədən Xalidə İsgəndərovaya bəraət istəyirəm".

Proses sentyabrın 5-də davam etdiriləcək.

Növbəti prosesdə X. İsgəndərova son söz deyəcək.

Qeyd edək ki, qətl hadisəsi 2014-cü ilin sentyabrında törədilib. Fizuli İsgəndərov evinin yaxınlığında qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Xalidə İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. F. İsgəndərov Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, Azərbaycanın sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR