İraq Fəlluca şəhərinin İŞİD-dən azad edilməsi üçün 20 minə yaxın hərbçi cəlb edib

İraq Fəlluca şəhərinin İŞİD-dən azad edilməsi üçün 20 minə yaxın hərbçi cəlb edib
# 22 may 2016 12:22 (UTC +04:00)

Bakı-APA. İraq hakimiyyəti Fəlluca şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üçün əməliyyata 20 minə yaxın hərbçi cəlb edib.

APA-nın “As-Sumariya” telekanalına istinadən verdiyi məlumata görə, bunu İraq Federal Polisinin rəhbəri Raid Şaker Caudat bildirib.

Paytaxt Bağdadın qərbindəki Fəlluca şəhəri 2014-cı ildən İŞİD-in nəzarətindədir. İraq Silahlı Qüvvələrinin komandanlığı əməliyyatla əlaqədar sakinləri şəhəri tərk etməyə çağırıb. Eyni zamanda sakinlərə terrorçuların bazalarından uzaq durmaq və evlərdən ağ bayraq asmaq tövsiyə edilib. Fəlluca uğrunda döyüşlərdə güc strukturları ilə bərabər şiə və sünni könüllülərinin də iştirak edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR