Bakı-APA. Türkiyənin Manisa vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 21:04-də baş verən zəlzələnin episentri Saruhanlı rayonunda, ocağı isə 9 km dərinlikdə yerləşib.
Dağınti və zərərçəkən olmayıb.