BTRİB-in rəhbərliyində təmsil olunan üç nəfər işdən çıxarılıb

BTRİB-in rəhbərliyində təmsil olunan üç nəfər işdən çıxarılıb
# 20 aprel 2016 11:33 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) ciddi kadr dəyişikliyi olub.

"APA-Economics" xəbər verir ki, birliyin Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyev, Xətt Qurğularının İstismarı şöbəsinin rəisi Kərəm Məmmədov işdən çıxarılıb.

Bundan başqa, birliyin Sorğu-məlumat sexinin rəisi Əhliman İsmayılov pensiya yaşı ilə əlaqədar olaraq qanunvericiliyə uyğun şəkildə təqaüdə göndərilib.

BTRİB-dən məsələ ilə şərh verilməyib.

Qeyd edək ki, BTRİB Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR