AFFA İcraiyyə Komitəsinə daha 2 namizəd bəlli olub

AFFA İcraiyyə Komitəsinə daha 2 namizəd bəlli olub
# 25 fevral 2016 09:30 (UTC +04:00)

Bakı – APA. AFFA-nın İcraiyyə Komitəsinə daha iki namizədin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Regional Futbol Federasiyasının (RFF) namizədlərindən biri dəyişdirilib.

RFF iki nəfərin namizədliyini irəli sürə bilər ki, onlardan biri əvvəl olduğu kimi, yenə İsgəndər Cavadovdu. Veteran futbolçunun bu dəfə də Şimal Regional Futbol Federasiyasından namizədliyi irəli sürülüb.

Federasiyanın daha bir qolundan namizəd isə Kazbek Tuayevdi. AZAL klubunun imtina etdiyi Tuayevi Regional Futbol Federasiyasının 8 qolundan biri təklif edib. Ona qədər Bakı Futbol Federasiyası adından Cahangir Hacıyev İcraiyyə Komitəsinə üzv idi.

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransı martın 11-də baş tutacaq. Klublardan “Qarabağ” Qurban Qurbanovu, AZAL Rauf Əliyevi, “Sumqayıt” isə Vaqif Sadıqovu İcraiyyə Komitəsində görmək niyyətindədi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR