Güclü yağışlar nəticəsində Lənkəran, Lerik, Masallı və Astarada sürüşmə-çökmə hadisələri baş verib

Güclü yağışlar nəticəsində Lənkəran, Lerik, Masallı və Astarada sürüşmə-çökmə hadisələri baş verib
# 10 noyabr 2015 13:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Son günlər yağan güclü yağışlar nəticəsində cənub zonasında sürüşmə-çökmə hadisələri baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev APA-ya deyib ki, sürüşmə hadisəsi Lənkəran rayonunda ciddi fəsadlara yol açıb. Onun sözlərinə görə, Lənkəran rayonunun Gərgivan kəndi ərazisində sürüşmə baş verib: “Eyni zamanda, rayonun Biləsər, Osaküçə, Bəliton, Horavenç və Köhnəqəqir kəndlərində sürüşmə hadisələri qeydə alınıb. Nəticəndə 20-yə yaxın evə ziyan dəyib”.

Baş geoloq əlavə edib ki, Lerik rayonunda Bradi, Züvüc, Molalan, Dastel kəndlərində də sürüşmə-oturma prosesi qeydə alınıb: “Eyni zamanda Masallı rayonunda Köhnə Zivənd yolu sürüşməyə məruz qalıb. Masallının Ərkivan kəndində 1 yerdə çökmə-hadisəsi, İsgəndərli kəndində 1 yerdə, Sığdaş kəndində də 1 yerdə sürüşmə hadisəsi baş verib. Masallı rayonun özündə də çökmə hadisəsi qeydə alınıb”.

Ə. Piriyev qeyd edib ki, Astara rayonunda isə 3 kənddə sürüşmə hadisəsi baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR