Bakıda 30 yaşlı kişi özünə bıçaq xəsarətləri yetirib

Bakıda 30 yaşlı kişi özünə bıçaq xəsarətləri yetirib
# 24 may 2016 02:22 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2 ünvanında yaşayan 30 yaşlı Aslan Mütəllimov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Qarın nahiyəsində bıçaq xəsarətləri olan Aslan Mütəllimov əməliyyat olunub. Həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər.

Hadisə barədə polisə məlumat verilib. Aslan Mütəllimov polislərə özü-özünü bıçaqladığını bildirib. Yaralının ifadəsinin düzgünlüyü polis tərəfindən yoxlanılır.

Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR