“Mançester Yunayted” Lui van Qalı istefaya göndərib

“Mançester Yunayted” Lui van Qalı istefaya göndərib
# 23 may 2016 22:39 (UTC +04:00)

Bakı-APA. İngiltərənin “Mançester Yunayted” klubu hollandiyalı baş məşqçi Lui van Qalı istefaya göndərib.

APA-nın məluamatına görə, bununla bağlı məlumatı klubun rəsmi saytı verib.

Lui van Qal 2014-cü ilin yayından komandaya rəhbərlik edirdi.

Bundan əvvəl portuqaliyalı mütəxəssis Joze Mourinyounun “Mançester Yunayted”ə baş məşqçı gətiriləcəyinə dair məlumatlar yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR