Zaxarova: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında durğunluq yoxdur"

Zaxarova: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında durğunluq yoxdur"
# 06 may 2016 13:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. “Bizim üçün əsas olan paytaxtlarda nəyin deyilməsidir. Biz bu və ya digər tərəfdən təşəbbüslər, addımlar görürük və bu addımlar KİV-də hazır qərar və aqressiv fəaliyyət kimi təqdim edilir. Dərhal KİV-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, danışıqlar prosesinin sona çatması ilə bağlı nəzəriyyələr, fərziyyələr qurulur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması və bunun nəticəsində danışıqlar prosesinin kəsilməsi ehtimalı ilə bağlı suala cavabında deyib. O bildirib ki, vəziyyətin ağırlığını hər kəs nəzərə almalı və deyilən sözlərin yozumuna məsuliyyətlə yanaşmalıdır: “Biz baş verənlərə qiymət vermişik. Ona görə də, “əgər belə olsa, necə olacaq” sualına cavab verməyəcəyik. Çünki bununla bağlı nəzəriyyə və ssenarilərin sayı çoxdur. Biz politoloq və analitiklərin məşğul olduğu nəzəriyyələr və ssenarilərlə işləmirik. Bunun təxribatçı xarakter daşıdığını görürük. Bu, çox təhlükəlidir. Biz konkret olaraq tərəflərlə və həmsədrlərlə işləyirik. Sizi əmin edə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı beynəlxalq səviyyədə çox aktiv “beyin fırtınası” gedir. Münaqişənin nizamlanması ilə bağlı heç bur durğunluq yoxdur”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR