ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb

ABŞ-da yüngülmotorlu təyyarə qəzaya uğrayıb, 6 nəfər ölüb
# 13 avqust 2016 05:44 (UTC +04:00)

Bakı – APA. Virciniya ştatının Frederiksburq şəhərində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, qəza təyyarə hava limanına eniş edərkən baş verib.

Yerə çırpılandan sonra təyyarə yanıb. Təyyarənin göyərtəsində olanların hamısı həlak olub. Onların şəxsiyyətləri müəyyənləşdirilir. Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR